Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Qafar Ağayev09:20 - Bu gün
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər