“Toy karvanları”nda qayda pozuntuları: sürücülərə xəbərdarlıq edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Toy karvanları”nda qayda pozuntuları: sürücülərə xəbərdarlıq edildi

Qafar Ağayev11:54 - Bu gün
“Toy karvanları”nda qayda pozuntuları: sürücülərə xəbərdarlıq edildi

Bakıda “toy karvanları” ilə bağlı sürücülərə xəbərdarlıq edilib.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində “toy karvanları”nda iştirak edən bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu açıqlayıb.

Bildirilib ki, ötən gün Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib, nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.

Qurumun məlumatına görə, müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlili göstərir ki, bu cür karvanlarda iştirak edən bəzi sürücülər qəza dayanma işıq siqnallarını əsassız yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobilləri arxa-arxaya idarə edir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.

Mərkəz sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırıb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər