Cevdet Yılmaz Ermənistana gedəcək | 1news.az | Xəbərlər
Siyasət

Cevdet Yılmaz Ermənistana gedəcək

17:07 - 02 / 05 / 2026
Cevdet Yılmaz Ermənistana gedəcək

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında Türkiyəni təmsil edəcək.

1news.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək görüşdə demokratik dayanıqlığı gücləndirmək, əlaqəliliyi inkişaf etdirmək, iqtisadiyyat və enerji təhlükəsizliyini artırmaq sahələrində atılan addımlar qiymətləndiriləcək, eyni zamanda regionda baş verən son hadisələr və qlobal problemlər müzakirə olunacaq.
Qeyd edək ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən Ermənistana bu səviyyədə həyata keçirilən ilk səfər olacaq.

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər