Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

15:42 - Bu gün
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər