Çində fişəng fabrikasında partlayış: onlarla ölən və yaralanan var | 1news.az | Xəbərlər
Dünya

Çində fişəng fabrikasında partlayış: onlarla ölən və yaralanan var

15:31 - Bu gün
Çində fişəng fabrikasında partlayış: onlarla ölən və yaralanan var

Çinin cənubunda yerləşən Hunan əyalətində fişəng istehsalı ilə məşğul olan fabrikada baş verən güclü partlayış nəticəsində 21 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin əyalətin inzibati mərkəzi olan Çanşa şəhərinin Liyuanq rayonunda yerləşən fabrikdə axşam saatlarında baş verdiyi bildirilir. Yerli Fövqəladə Halların İdarəedilməsi Bürosunun məlumatına görə, partlayış zamanı müəssisədə çalışan 21 işçi həlak olub, 61 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəsmilər qeyd ediblər ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər