Bakının Rəşid Behbudov küçəsində təmirə görə hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Rəşid Behbudov küçəsində təmirə görə hərəkət tam məhdudlaşdırılacaq

09:53 - Bu gün
Bakının Rəşid Behbudov küçəsində təmirə görə hərəkət tam məhdudlaşdırılacaq

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər