Spiker Sahibə Qafarova Monteneqroya işgüzar səfərə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Spiker Sahibə Qafarova Monteneqroya işgüzar səfərə gedib

09:47 - Bu gün
Spiker Sahibə Qafarova Monteneqroya işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroya işgüzar səfərə gedib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək. Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər