Tarixdə bu gün – 7 may nə günüdür? | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarixdə bu gün – 7 may nə günüdür?

Oksana Orucova09:39 - Bu gün
Tarixdə bu gün – 7 may nə günüdür?

Tarixdə hər bir gün mütxəlif hadisələrlə yadda qalır.


1news.az 7 may tarixində dünyada və ölkədə baş verən hadisələri təqdim edir:


558-ci il 7 may - Konstantinopolda Ayasofyanın günbəzi tikildikdən iyirmi il sonra çöküb. I Yustinian dərhal günbəzin yenidən qurulmasını əmr edib.
1945-ci il 7 may- İkinci Dünya müharibəsi: General Alfred Yodl Fransanın Reyms şəhərində qeyd-şərtsiz təslim olma şərtlərini imzalayıb və Almaniyanın müharibədə iştirakına son verib. Sənəd növbəti gün qüvvəyə minib.
1946-cı il 7 may - Tokio Telekommunikasiya Mühəndisliyi (sonradan adı dəyişdirilərək Sony olub) təsis olunub.
1992-ci il 7 may- Qarabağ müharibəsi: Azərbaycan, Ermənistan və İran arasında Tehran Kommünikesi imzalanmışdır.
2012-ci il 7 may- Bakı Kristal Zalının açılışı olmuşdur.
2012-ci il 7 may -Zaqatala rayonunda 6.5 bal gücündə zəlzələ baş vermişdir.


Qeyd edək ki, 7 may bir çox ölkələrdə, o cümlədən Azərbaycanda Radio Günü kimi qeyd olunur.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər