Çinin “Tiencou-9” kosmik gəmisi Yerə qayıtdı | 1news.az | Xəbərlər
Dünya

Çinin “Tiencou-9” kosmik gəmisi Yerə qayıtdı

Qafar Ağayev10:12 - Bu gün
Çinin “Tiencou-9” kosmik gəmisi Yerə qayıtdı

Çinin Yer orbitində qurduğu Tienqonq Kosmik Stansiyasına təchizat materialları daşıyan “Tiencou-9” yük kosmik gəmisi zədələnmiş vəziyyətdə Yerə qayıdıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmik Uçuşlar Agentliyi məlumat yayıb.

Bildirilib ki, kosmik stansiyada qoşulduğu moduldan ayrılaraq müstəqil uçuşa keçən “Tiencou-9” səhər saatlarında Yer atmosferinə yenidən daxil olub.

Atmosferdə sürtünmə nəticəsində gəminin bir hissəsi yanaraq məhv olub, qalıqları isə nəzarətli şəkildə okeana düşüb.

Qeyd edək ki, kosmik stansiyaya təcrübə avadanlıqları və zəruri yüklər daşıyan “Tiencou-9” 2025-ci il iyulun 15-də Vınçanq Kosmik Gəmi Buraxılış Mərkəzindən orbitə buraxılmışdı.

Çinin Tienqonq Kosmik Stansiyasında üç nəfərlik taykonavt heyətləri növbəli şəkildə fəaliyyət göstərir. Stansiyaya heyət “Şıncou” (“Müqəddəs Gəmi”) kosmik aparatları ilə, təchizat yükləri isə “Tiencou” (“Səma Gəmisi”) yük aparatları vasitəsilə çatdırılır.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər