AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

Qafar Ağayev13:11 - Bu gün
AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, bu il mayın 5-də “Aqrovest MT” MMC tərəfindən Gürcüstanın “Universal Export” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan AQTA-nın “Qırmızı Körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsində kliniki və laborator müayinədən keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı 4 baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. Qeyd olunan halın təkrarlanmaması üçün Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər