Oğuzda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı

09:59 - Bu gün
Oğuzda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı

Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Paylaş:
79

Son xəbərlər

Sabah yağış yağacaq

29 / 05 / 2026, 13:24
Bütün xəbərlər