Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub

10:26 - Bu gün
Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub

Keçən il şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunub.

1news.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.

Bildirilib ki, məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilib və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər