CBC FM 5 yaşını qeyd edir! | 1news.az | Xəbərlər
Cəmiyyət

CBC FM 5 yaşını qeyd edir!

12:02 - Bu gün
CBC FM 5 yaşını qeyd edir!

Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı olan CBC FM bu gün fəaliyyətinin 5-ci ildönümünü qeyd edir.

8 may 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan “Diqqət! Danışır Şuşa!” sədaları yayıldı və beləliklə, radionun efir həyatı başladı.

CBC FM Azərbaycan, rus və erməni dillərində yayımlanır. Bu illər ərzində yerli və xarici ekspertlərlə yüzlərlə müsahibə, minlərlə saat canlı yayım dinləyicilərə təqdim edilib.

Radio efiri yalnız siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında şəhid və qazilərimizə həsr olunan proqramlar, tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, eləcə də tibb sahəsindəki yeniliklərlə bağlı müxtəlif mövzularda verilişlər yayımlanır.

CBC FM obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirir. Qarşıdakı dövrdə də 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı proqramlar və operativ xəbərlər gözləyir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər