"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub | 1news.az | Xəbərlər
İdman

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub

12:15 - Bu gün
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub

Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.

Bu barədə 1news.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.

Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər