Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
İdman

Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq

First News Media09:37 - 29 / 05 / 2026
Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirəcək.

1news.az xəbər verir ki, F qrupunda yer alan yığma İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi ilk turda Avstriya kollektivini 1:0 hesabı ilə məğlub edib. Komandamız hazırda 3 xalla F qrupuna başçılıq edir. Yığma qrupda son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.

Paylaş:
498

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər