Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

09:23 - 12 / 05 / 2026
Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlunun həyatını isə xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
264

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər