Çində yaşayış binasında baş verən yanğında 5 nəfər öldü | 1news.az | Xəbərlər
Dünya

Çində yaşayış binasında baş verən yanğında 5 nəfər öldü

Oksana Orucova11:02 - 12 / 05 / 2026
Çində yaşayış binasında baş verən yanğında 5 nəfər öldü

Çinin Hunan əyalətində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 04:00 radələrində Hengyanq şəhərinin Yanfeng rayonunda yerləşən yaşayış binasında qeydə alınıb.

Yerli fövqəladə hallar idarəsinin yaydığı məlumata görə, hadisə yerinə cəlb olunan xilasedicilər yaralıları binadan çıxararaq xəstəxanaya çatdırıblar. Hazırda onların müalicəsi davam etdirilir.

Səlahiyyətli qurumlar insan itkisi ilə nəticələnən yanğının başvermə səbəblərinin araşdırılması üçün genişmiqyaslı istintaqa başlayıb.

Paylaş:
342

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər