ABŞ-də bir nəfər küçədən keçən avtomobillərə atəş açıb: yaralılar var
Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatındə yerləşən Kembric şəhərində bir şəxsin küçədən keçən avtomobillərə atəş açması nəticəsində 2 nəfər ağır yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:30 radələrində baş verib.
Məlumata görə, naməlum şəxs Memorial Drayv küçəsində avtomobillərə doğru təsadüfi şəkildə atəş açıb. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.
Prokuror Marian Ryan bildirib ki, hadisə zamanı təxminən 50–60 güllə atılıb. Hücum edən şəxs polis və silah gəzdirmə icazəsi olan bir mülki vətəndaşın müdaxiləsi ilə zərərsizləşdirilib.
Saxlanılan şəxsin 46 yaşlı Boston sakini Tayler Braun olduğu açıqlanıb. O, qəsdən adam öldürməyə cəhd və silah qanunlarını pozma ittihamları ilə mühakimə olunacaq.












