Sumqayıtda yerləşən bağçaların birində mərmiyə bənzər əşyalar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda yerləşən bağçaların birində mərmiyə bənzər əşyalar aşkarlanıb

11:31 - 12 / 05 / 2026
Sumqayıtda yerləşən bağçaların birində mərmiyə bənzər əşyalar aşkarlanıb

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, adıçəkilən təhsil müəssisəsindən bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
279

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər