Vladimir Putin müəllimini Kremlə şam yeməyinə dəvət etdi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Vladimir Putin müəllimini Kremlə şam yeməyinə dəvət etdi - VİDEO

12:30 - Bu gün
Vladimir Putin müəllimini Kremlə şam yeməyinə dəvət etdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin öz müəlliməsi Vera Dmitriyevna Qureviçi Moskvada keçirilən Qələbə paradına qatılmağa, daha sonra isə bir neçə gün qonaq qalmağa dəvət edib.

Vladimir Putinin müəllimi üçün xüsusi mədəni proqram təşkil olunub, mayın 11-də isə dövlət başçısı onu öz iqamətgahında birgə şam yeməyinə dəvət edib.

1news.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitry Peskov məlumat yayıb.

“Vladimir Putinin dəvəti ilə onun müəlliməsi Vera Dmitriyevna Qureviç mayın 9-da keçirilən Qələbə paradında iştirak edib. O, paradı sonadək izləyib”, — deyə Peskov bildirib.

Onun sözlərinə görə, “prezidentin — keçmiş şagirdinin dəvəti ilə o, Moskvada qalıb və onun üçün mədəni proqram təşkil edilib”.

“Xüsusilə, o, Şilov Qalereyasını ziyarət edib, digər ekskursiyalar da təşkil olunub”, — deyə Kremlin nümayəndəsi qeyd edib.

“Bu gün isə prezident onu Kremldə yerləşən iqamətgahına şam yeməyinə dəvət edib”, — Peskov əlavə edib.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər