56 ölkəyə qarşı döyüşürük | 1news.az | Xəbərlər
Dünya

56 ölkəyə qarşı döyüşürük

First News Media09:30 - Bu gün
56 ölkəyə qarşı döyüşürük

"Ukraynada Rusiyaya qarşı faktiki olaraq 56 ölkə döyüşür, onlar pilotsuz uçuş aparatları (PUA) üçün uçuş tapşırıqlarını təmin edirlər".

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"Mən burada Almaniyanı ayrıca fərqləndirməzdim. Çünki, bizə qarşı faktiki olaraq 56 ölkə döyüşür", - o deyib.

"Müasir peyk sistemləri olmadan məlumatların ötürülməsini təsəvvür etmək mümkün deyil. Bu, həm uçuş tapşırıqlarının qoyulması, həm hərəkət zamanı korreksiyalar, həm də bir çox başqa şeylər deməkdir. Burada təkcə Almaniya deyil, başqa ölkələr də iştirak edib", - Şoyqu vurğulayıb.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər