“Sabah” onun üçün 1 milyon avro ödədi
“Sabah” klubu polşalı müdafiəçi Timoteuş Puxaçın transferini rəsmiləşdirib.
1news.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Bakı təmsilçisi futbolçunun çıxış etdiyi Almaniyanın “Holştayn Kil” klubu ilə aparılan danışıqları uğurla başa çatdırıb və oyunçunun transfer hüquqlarını əldə edib.
27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Ötən ilin sentyabrından “Sabah”ın formasını geyinən Puxaç bu mövsüm bütün turnirlər daxil olmaqla 33 matçda meydana çıxıb. Müdafiəçi həmin oyunlarda 2 qol vurub, 12 assistlə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl “Holştayn Kil”in idman direktoru Olaf Rebbe futbolçu üçün “Sabah”ın 1 milyon avro ödəməli olduğunu açıqlamışdı. Masazır təmsilçisinin bu məbləği qarşıladığı bildirilir.










