Kaori İşikava: əlçatan mənzil qadınların təhlükəsizliyi üçün vacibdir
WUF13 çərçivəsində Bakıda keçirilən müzakirələrdə qadınlar və həssas qruplar üçün mənzilə çıxış imkanları diqqət mərkəzində olub.
Qadınlar Assambleyasında "UN Women"ın Gürcüstan üzrə nümayəndəsi Kaori İşikava 1news.az-ın müxbirinə müsahibəsində qadınlar üçün əlçatan mənzil modelləri ilə bağlı suala münasibət bildirib.
O qeyd edib ki, bu, çox vacib sualdır və forum iştirakçıları bu mövzunu birgə müzakirə etməlidir:
“Bu, həqiqətən çox, çox yaxşı bir sualdır. Düşünürəm ki, bu urbanistika forumunun iştirakçıları bu barədə birlikdə düşünməlidirlər.
Məncə, əlçatan mənzil həssas əhali qrupları üçün açıq olmalıdır.
Hazırda onlar çox vaxt şəhərin ən kənar ərazilərində məskunlaşmağa məcbur olurlar və bu səbəbdən iqtisadi fəaliyyətə çıxışları demək olar ki, olmur, həmçinin yolda çox vaxt itirirlər.
Əlçatan mənzil — dövlət dəstəyi və sosial müdafiə sistemi çərçivəsində — qadınlara, uşaqlara və yaşlılara təhlükəsiz yaşayış mühiti yarada bilər. Bu, onların yalnız “həssas qrup” kimi qalmasının qarşısını alar və milli inkişafa töhfə verməyə davam etmələrinə imkan verər.
Onlara sadəcə özəl sektor, dövlət və ya şəhər hakimiyyətləri tərəfindən kiçik dəstək lazımdır ki, təhlükəsiz şəraitdə yaşaya bilsinlər”.












