WUF13-ün Bakıda keçirilən təşkilatı və miqyası təsir edici görünür
“Bu gün biz burada, Bakıda toplaşmışıq və WUF13-ün 13-cü sessiyasında iştirak edirik.
Forumun UN-Habitat ilə tərəfdaşlıq çərçivəsində Bakıda təşkil olunmasından səmimi şəkildə məmnunuq”.
Bunu 1news.az-a müsahibəsində Fələstin Dövlətinin Yerli İdarəetmə naziri Sami Hiccavi deyib.
“Biz daha əvvəl Qahirədə keçirilən WUF12-də də iştirak etmişdik, bu gün isə Bakıda, WUF13-də iştirak edirik.
Deyə bilərik ki, burada miqyas, məkan seçimi və təşkilat səviyyəsi daha da təsirli və çox yaxşı koordinasiya olunmuş görünür.
Hələ ki ilk gündür və biz sərgi ilə tanış oluruq. Burada Fələstin Dövlətinin stendi də təqdim olunur və onun vasitəsilə biz forumda iştirak edən dostlar və nümayəndə heyətləri ilə öz mesajımızı paylaşmağa davam etməyi planlaşdırırıq”, - nazir vurğulayıb.












