Bakıda WUF13-ün ikinci gününə start verilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda WUF13-ün ikinci gününə start verilib

09:11 - Bu gün
Bakıda WUF13-ün ikinci gününə start verilib

Bakıda dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının - WUF13-ün ikinci günü başlayıb.

1news.az xəbər verir ki, bu gün forumun tarixində ilk dəfə olaraq müasir şəhərlərin gələcəyinin müzakirə ediləcəyi əsas platformalardan biri hesab olunan Liderlər Sammiti keçiriləcək.

İkinci gün çərçivəsində forumun rəsmi açılış mətbuat konfransı da təşkil olunur. Müzakirələrin əsas mövzuları sırasında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya məsələləri, eləcə də şəhər mühitinin müasir çağırışlara qarşı dayanıqlığının gücləndirilməsi yer alır.

Gün ərzində digər mühüm tədbirlərin də keçirilməsi planlaşdırılır. Bunlara assambleyaların birgə bağlanış mərasimi, Afrika ölkələrinin nazirlərinin görüşü, həmçinin Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil və urbanizasiya məsələləri üzrə nazirlər və yüksəkvəzifəli nümayəndələrinin forumu olan MINURVI sessiyası daxildir.

Xatırladaq ki, WUF13 forumu mayın 17-dən 22-dək Bakıda keçirilir. Tədbirdə iştirak üçün dünyanın 182 ölkəsindən 40 mindən çox şəxs qeydiyyatdan keçib.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər