Çində güclü zəlzələ: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Çində güclü zəlzələ: Ölənlər var

Oksana Orucova09:29 - Bu gün
Çində güclü zəlzələ: Ölənlər var

Çinin cənubunda yerləşən Quanqsi-Çjuan Muxtar Rayonu ərazisində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri regionun Liukou şəhəri yaxınlığında qeydə alınıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.

Məlumata görə, səhər saatlarında baş verən zəlzələ nəticəsində şəhərdə 10-dan çox binaya ciddi ziyan dəyib və dağıntılar meydana gəlib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb, 1 nəfərin isə itkin düşdüyü bildirilir.

Rəsmilər mümkün təkanların yarada biləcəyi təhlükəni nəzərə alaraq 7 mindən çox sakinin evakuasiya edildiyini açıqlayıblar.

Zəlzələdən sonra bölgədəki dəmir yolu xətlərində zərərin qiymətləndirilməsi məqsədilə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Bu səbəbdən nəqliyyatda müəyyən problemlər yaranıb. Bununla yanaşı, rabitə, elektrik, su və qaz şəbəkələrinin normal fəaliyyətini davam etdirdiyi qeyd olunub.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər