Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Mayın 17-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Quba, Qrız, Şabran, Lerikdə yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
09:47
Mayın 17-si saat 09:30-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.
210












