“Bakıda genişmiqyaslı abadlıq işləri aparılır” - Şəhər İcra Hakimiyyətinin başçısı | 1news.az | Xəbərlər
Siyasət

“Bakıda genişmiqyaslı abadlıq işləri aparılır” - Şəhər İcra Hakimiyyətinin başçısı

Faiqə Məmmədova17:02 - Bu gün
“Bakıda genişmiqyaslı abadlıq işləri aparılır” - Şəhər İcra Hakimiyyətinin başçısı

“Bakıda 300-dən çox park var”.

1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü çərçivəsində yerli və regional hakimiyyət nümayəndələrinin dəyirmi masasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, son illərdə Bakıda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir, yeni parklar və “yaşıl dəhlizlər” salınır, şəhər küçələrinin müasir konsepsiyaları tətbiq olunur.

Eldar Əzizov vurğulayıb ki, paytaxt artıq “parklar şəhəri” kimi tanınır:

“Hazırda paytaxt ərazisində 300-dən çox park mövcuddur”.

Bundan əlavə, o qeyd edib ki, yaxın zamanda yenidən qurulan İslam Səfərli küçəsi sakinlərə tamamilə yeni formatda təqdim olunub:

“Bu küçə demək olar ki, parka çevrilib”, – deyə o əlavə edib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər