“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub | 1news.az | Xəbərlər
Siyasət

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub

15:17 - Bu gün
“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.

Ötən il “Uşaq qaynar xətti”nə 5520 müraciət daxil olub. Daxil olan müraciətlərdən 1606-i (29%) psixoloji, 823-ü (15%) sosial, 808-i (15%) zorakılıq, 730-u (13%) hüquq, 3023-i (5%) təhsil, 56-ı (1%) səhiyyə, 1196-ı (22%) digər məsələlərlə bağlı olub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər