Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır

17:37 - Bu gün
Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır

Bələdiyyələrin infrastrukturuna özəl kapitalın cəlb edilməsi kəskin zərurətdir.

1news.az report-a istinadən xəbər verir ki, bunu Dünya Bankının infrastruktura üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" mövzusunda panel müzakirəsində bəyan edib.

"Şəhər infrastrukturunun inkişafına investisiya qoyuluşu dövrümüzün əsas problemlərindən biri olaraq qalmaqda davam edir. Şəhərlərin sistemli inkişafına can atırıqsa, özəl investisiyaların cəlb edilməsi artıq seçim məsələsi olmaqdan çıxıb. Bununla yanaşı, inkişaf etməkdə olan dövlətlərin bələdiyyə infrastrukturuna yönəldilən özəl kapitalın həcmi son dərəcə cüzi və sabit şəkildə aşağı olaraq qalır.

Məsələn, inkişaf etməkdə olan dünyanın 100 ən böyük şəhərindən yalnız 35-i 2023-cü ilə qədər bələdiyyə istiqrazları buraxılışını həyata keçirib. Dünya Bankı Qrupu məhz bu istiqamətdə mövcud olan bütün alətləri səfərbər edərək yardım göstərməyi planlaşdırır", - V.Levkov vurğulayıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər