Katerina Bezqaçina: “Bakı qlobal liderləri urbanizmin əsas çağırışlarının həlli üçün bir araya gətirdi” | 1news.az | Xəbərlər
Siyasət

Katerina Bezqaçina: “Bakı qlobal liderləri urbanizmin əsas çağırışlarının həlli üçün bir araya gətirdi”

Faiqə Məmmədova13:32 - Bu gün
Katerina Bezqaçina: “Bakı qlobal liderləri urbanizmin əsas çağırışlarının həlli üçün bir araya gətirdi”

“Son bir həftə ərzində dünya liderləri, siyasətçilər, şəhərsalma üzrə ekspertlər və müxtəlif tərəfdaşlar Bakıda - Bakı Olimpiya Stadionunda toplaşaraq müasir dövrün ən mühüm çağırışlarından birini müzakirə ediblər”.

1news.az-ın müxbirinin verdiyi məlumata görə, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxış edən UN-Habitat-ın Kommunikasiya Departamentinin rəhbəri Katerina Bezqaçina səsləndirib.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu dünyada təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və yaşayış mühitinin necə təmin olunmasıdır. Forumun builki əsas mövzusu isə “Evi sülhə çevirmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” kimi formalaşdırılıb.

Katerina Bezqaçina bildirib ki, qlobal mənzil böhranı hazırda daha da dərinləşir və bunun əsas səbəbləri iqlim dəyişikliyi, münaqişələr və artan bərabərsizlikdir. O, həmçinin bu ilin forumunun tarixində ən genişmiqyaslı tədbir olduğunu vurğulayıb.

Çıxışda Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq platformanın əhəmiyyəti xüsusi qeyd olunub, həmçinin müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli qonaqların iştirakı vurğulanıb.

Daha sonra rəsmi açılış mərasimində Anar Quliyev, BMT-nin Baş katibinin birinci müavini Amina Mohammed, Anaklaudia Rossbax və forumun növbəti ev sahibi kimi Meksiko-ni təmsil edən Mariya Viktoriya Romero Kabalyero çıxış ediblər.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər