Amina Mohammed: “Meksika WUF13-ün Bakı təcrübəsindən dayanıqlı inkişaf strategiyalarının hazırlanmasında istifadə edəcək”
“Meksika WUF13 forumunun təcrübəsinə əsaslanaraq tədbirin nəticələrinin praktiki fəaliyyətə çevrilməsi istiqamətində işlərə başlayacaq. Nümayəndə heyətinin üzvləri isə əldə etdikləri bilik və təcrübələri ölkələrinə qayıtdıqdan sonra tətbiq edəcəklər”.
1news.az xəbər verir ki, bunu Bakıda keçirilən forumun yekun mətbuat konfransında BMT Baş katibinin birinci müavini Amina Mohammed deyib.
O bildirib ki, Meksika tərəfi Mexiko şəhərinin hökuməti və UN-Habitat ilə birlikdə gələcək hazırlıq mərhələsində əməkdaşlığı davam etdirəcək. Həmçinin “Group 14” çərçivəsində şəhər idarəçiliyi, dayanıqlı inkişaf və strateji planlaşdırma istiqamətlərində fəaliyyətə start veriləcək.
69












