Meksika səfiri: 14 ildən sonra WUF Latın Amerikasına qayıdacaq | 1news.az | Xəbərlər
Siyasət

Meksika səfiri: 14 ildən sonra WUF Latın Amerikasına qayıdacaq

14:14 - Bu gün
Meksika səfiri: 14 ildən sonra WUF Latın Amerikasına qayıdacaq

WUF14-ün Meksikada keçirilməsi Kolumbiyanın Medellin şəhərindəki forumdan 14 il sonra Ümumdünya Şəhərsalma Forumunun Latın Amerikasına qayıdışı olacaq.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında bildirib.

O xatırladıb ki, forum sonuncu dəfə Latın Amerikasında 2014-cü ilin aprelində, WUF7-nin Medellində keçirildiyi zaman baş tutub.

Diplomat vurğulayıb ki, WUF14 şəhərsalma sahəsində qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməli olduğu 2030-cu ildən əvvəlki sonuncu forum olacaq ki, bu da qlobal dayanıqlı inkişaf gündəliyi kontekstində tədbirə xüsusi məsuliyyət qazandırır.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası 2028-ci ildə Mexikoda keçiriləcək.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər