Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər | 1news.az | Xəbərlər
Dünya

Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

14:55 - Bu gün
Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 22-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

1news.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

"Ən yüksək səviyyədəki razılaşmaların praktiki icrası kontekstində Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə dair aktual məsələlər müzakirə olunub", - deyə məlumatda qeyd edilir.

İlin əvvəlindən 23% artan ticarət dövriyyəsi davamlı şəkildə artır. Sənaye, energetika, nəqliyyat və digər prioritet sahələrdə, o cümlədən regionlar səviyyəsində iri kooperasiya layihələrinin həyata keçirilməsi davam etdirilir.

"Özbəkistan və Rusiya liderləri həmçinin qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafikini nəzərdən keçiriblər", - deyə məlumatda vurğulanır.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər