Masazırda qəza olub, xəsarət alan var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda qəza olub, xəsarət alan var - VİDEO

12:47 - Bu gün
Masazırda qəza olub, xəsarət alan var - VİDEO

Masazırda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yol qəzasında vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2106" markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər