Azərbaycan Prezidenti: WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü

12:24 - 23 / 05 / 2026
Azərbaycan Prezidenti: WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü

“Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan daha bir mühüm qlobal tədbirə — WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu”.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib.

“Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.

Təxminən 60 min iştirakçı ilə rekord sayda iştirakçını bir araya gətirən WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü”, - paylaşımda qeyd olunub.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər