Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib

Qafar Ağayev10:11 - Bu gün
Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər