Putin mayın 27-29-da Qazaxıstana səfər edəcək | 1news.az | Xəbərlər
Dünya

Putin mayın 27-29-da Qazaxıstana səfər edəcək

10:39 - Bu gün
Putin mayın 27-29-da Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 27-29-da Qazaxıstana dövlət səfəri edəcək.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə Akorda xəbər verir.

Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq.

Danışıqlar zamanı dövlət başçıları Qazaxıstanla Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin mövcud vəziyyətini və möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Qeyd olunur ki, mayın 28-də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının iştirakı ilə Avrasiya İqtisadi Forumu, mayın 29-da isə Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər