İsraildə təyyarə qəzası: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

İsraildə təyyarə qəzası: Ölənlər var

Oksana Orucova09:33 - Bu gün
İsraildə təyyarə qəzası: Ölənlər var

İsrailin şimalındakı Afula bölgəsində yüngül mühərrikli təyyarənin açıq əraziyə düşməsi nəticəsində 2 nəfər həyatını itirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanal 12 telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Afula bölgəsində yerləşən Tel Adaşim yaşayış məntəqəsində qəzaya uğrayıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər iki yaralını xəstəxanaya çatdırsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxana rəsmiləri bildiriblər ki, zərərçəkənlər tibb müəssisəsinə gətirilən zaman həyati əlamətləri olmayıb və reanimasiya tədbirləri nəticəsiz qalıb.

Təyyarə qəzasının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər