Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı

17:33 - 23 / 05 / 2026
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı

Dünən Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.

1news.az Gencexeber.az-a istinadla xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb.

Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.

Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər