Ukrayna Rusiyada neft terminalı və bazasına hücum edib | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Rusiyada neft terminalı və bazasına hücum edib

17:45 - Bu gün
Ukrayna Rusiyada neft terminalı və bazasına hücum edib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 23-nə keçən gecə Rusiyada bir sıra mühüm obyektlərə, xüsusilə Krasnodar diyarındakı "Şesxaris" neft terminalına zərbələr endirib.

1news.az "Report"a istinadən xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

"2026-cı il mayın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir sıra mühüm obyektlərə zərbələr endirib. Xüsusilə "Şesxaris" neft terminalı (RF, Krasnodar diyarı, Novorossiysk) vurulub – terminalın ərazisində yanğının baş verdiyi təsdiqlənib. Novorossiysk rayonunda "Qruşevaya" tranzit neft bazası vurulub – obyektin ərazisində yanğın qeydə alınıb", – məlumatda deyilir.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər