Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

09:12 - Bu gün
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Ağsu rayonunda ağır yol qəzası baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasımov Səid Asif oğlu hadisə yerində həyatını itiriblər.

Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər