McDonald’s-da FIFA World Cup 2026™-ya həsr olunmuş qlobal kampaniyaya start verilib - FOTO
McDonald’s Azərbaycan restoranlarında FIFA Dünya Kuboku Menyusu kampaniyasına start verilib. Kampaniya futbol mövzusunu, kolleksiya məhsullarını, xüsusi təklifləri və rəqəmsal aktivlikləri bir araya gətirərək azarkəşlərə qarşıdan gələn FIFA World Cup 2026™-nın ab-havasını hiss etmək imkanı yaradır.
Kampaniyanın əsas hissəsini FIFA World Cup 2026™ üçün xüsusi hazırlanmış, unikal dizayna malik altı stəkandan ibarət eksklüziv kolleksiya təşkil edir. Kolleksiyada Devid Bekhem, Tyerri Anri, Ronaldinyo, Son Hın Min və Lamin Yamalın təsvirləri olan stəkanlar, eləcə də McDonald’s-ın ən tanınmış personajlarından biri olan Qrimasın yer aldığı stəkanlar təqdim olunur.
Kolleksiya stəkanını FIFA Dünya Kuboku Menyusunu sifariş etməklə əldə etmək mümkündür. Hər bir stəkan qapalı qablaşdırmada təqdim olunduğundan qonağın hansı dizaynı əldə edəcəyini əvvəlcədən bilmək mümkün deyil.
FIFA Dünya Kuboku Menyusuna seçimdən asılı olaraq bir burger və ya 9 ədəd McNuggets, kartof fri, içki, kolleksiya stəkanı və məhdud müdəət ərzində təqdim olunan Big Mac sousu daxildir. Bütün məhsullar FIFA World Cup™ üçün xüsusi hazırlanmış brend qablaşdırmada təqdim olunur.
Kampaniya çərçivəsində McDonald’s karamel və kokos qırıntıları ilə yeni McFlurry® də təqdim edir. McFlurry® FIFA World Cup 2026™ mövzusunda xüsusi dizaynda təqdim olunur və FIFA Dünya Kuboku Menyusuna əlavə olaraq sifariş edilə bilər.
Balaca qonaqlar üçün Happy Meal® tərkibində yeni Squishmallows™ oyuncaq kolleksiyası da təqdim olunur. FIFA World Cup 2026™ üçün xüsusi hazırlanmış kolleksiyaya 12 personaj daxildir. Oyuncaqlar futbol mövzusunda hazırlanıb və xüsusi brend qablaşdırmada təqdim olunur.
McDonald’s mobil tətbiqinin istifadəçiləri FIFA World Cup™ münasibətilə təşkil olunan xüsusi oyunlarda iştirak edə bilərlər. İştirakçıları McDonald’s məhsullarına endirimlər və xüsusi təkliflər gözləyir. Bundan əlavə, istifadəçilər topladıqları bonusları futbol topları və McDonald’s dizayn elementləri ilə hazırlanmış eksklüziv FIFA World Cup™ futbolkaları da daxil olmaqla çempionatın xüsusi atributlarına dəyişdə bilərlər.
McDonald’s artıq 30 ildən çoxdur ki, FIFA dünya çempionatlarının rəsmi tərəfdaşıdır. Yeni qlobal kampaniya azarkəşlərə çempionat başlamazdan əvvəl onun ab-havasını hiss etmək imkanı yaradır. Bunun üçün dünyanın ən böyük futbol hadisəsinə həsr olunmuş kolleksiya məhsulları, xüsusi təkliflər və yeni məhsullar təqdim olunur.























