Azərbaycanda axtarışda olanların sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda axtarışda olanların sayı artıb

First News Media17:08 - Bu gün
Azərbaycanda axtarışda olanların sayı artıb

2025-ci ildə Azərbaycanda axtarışda olan şəxslərin sayı 9023 nəfər təşkil edib. Bu göstərici 2024-cü ildə 8911 nəfər olub. Beləliklə, bir il ərzində axtarışda olanların sayı 112 nəfər və ya 1,3 faiz artıb.

1news.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsindən əldə etdiyi məlumata görə, axtarışda olan şəxslərin 15-i cəzaçəkmə müəssisələrindən qaçan53-ü cəza çəkməkdən boyun qaçıran8958-i isə istintaqdan, təhqiqatdan və məhkəmədən yayınan şəxslərdir.

Axtarışda olanların ümumi sayında 14-17 yaşlı şəxslərin sayı 95 nəfər olub. 2024-cü ildə bu göstərici 81 nəfər təşkil edib.

Törədilmiş cinayət növlərinə görə, axtarışda olanların ən böyük hissəsi dələduzluq cinayəti ilə bağlıdır. 2025-ci ildə dələduzluğa görə 3149 nəfər axtarışda olub. 2024-cü ildə onların sayı 2909 nəfər idi.

Oğurluğa görə axtarılanların sayı 1090 nəfər, hərbi xidmət keçməkdən boyun qaçıranların sayı 185 nəfər, hərbi xidmət əleyhinə olan cinayətlərə görə axtarılanların sayı isə 152 nəfər olub. Hərbi xidmət keçməkdən boyun qaçırmaya görə axtarılanların sayı 2024-cü ildə 88 nəfər olduğu halda, 2025-ci ildə 97 nəfər və ya 2,1 dəfə artıb.

Mənimsəmə və ya israf etməyə görə 108, dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə görə 78, qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə 77, soyğunçuluğa görə 42, quldurluğa görə 41, fərariliyə görə 34 nəfər axtarışda olub.

Bundan başqa, banditizmə görə 10, zorlama və zorlamaya cəhdə görə isə 2 nəfər axtarışda olub. Digər cinayət növləri üzrə axtarılanların sayı 4089 nəfər təşkil edib.

Statistikaya əsasən, 2025-ci ildə ölkədə 1006 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb. Onların 155-i 18 yaşadək uşaqlardır. Müqayisə üçün, 2024-cü ildə itkin düşmüş şəxslərin sayı 986, onlardan 18 yaşadək uşaqların sayı isə 152 nəfər olub.

Axtarışda olan şəxslərin sayı 2010-cu ildə 3663, 2015-ci ildə 3932, 2020-ci ildə 4959, 2024-cü ildə 8911, 2025-ci ildə isə 9023 nəfər olub. Beləliklə, bu göstərici 2010-cu illə müqayisədə təxminən 2,5 dəfə artıb.

Məlumat üçün qeyd edək ki, statistikaya əvvəlki illərdən axtarışda qalan, hesabat dövründə axtarışa verilən və beynəlxalq axtarışda olan şəxslər daxildir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər