Yasamalda marketi soyan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda marketi soyan şəxs saxlanıldı

First News Media16:17 - Bu gün
Yasamalda marketi soyan şəxs saxlanıldı

Yasamalda soyğunçuluq edən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən marketlərdən birində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 43 yaşlı A.Zahidov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər