Suraxanıda 10 min manatlıq qızıl oğurlayan usta saxlanıldı
Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
1news.az DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.
Araşdırmalar davam etdirilir.
62












