Bərdədəki faciəvi qəzada həyatını itirən hərbçimizin FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədəki faciəvi qəzada həyatını itirən hərbçimizin FOTOSU

First News Media13:30 - Bu gün
Bərdədəki faciəvi qəzada həyatını itirən hərbçimizin FOTOSU

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 09.06.2026-ci il tarixində saat 06:50 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin olunan pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Əliyev olub.

 

 

 

09:35

Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb.

Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
172

Son xəbərlər

Nazir hesabat verdi

Bu gün, 12:36
Bütün xəbərlər