Azərbaycanda WD-40 brendinin qorunması üzrə yeni təşəbbüsə start verildi - FOTO
WD-40 metalların korroziyadan qorunması, mexanizmlərin yağlanması, cırıltıların aradan qaldırılması və nəmin uzaqlaşdırılması üçün istifadə olunan universal məhsuldur.
Effektivliyi və çoxşaxəli tətbiq imkanları sayəsində WD-40 markası dünya miqyasında geniş tanınmışdır ki, bu da onu saxtalaşdırma hallarının ən çox rast gəlindiyi markalardan birinə çevirmişdir.
Məhsulun tarixi 1953-cü ilə təsadüf edir. Həmin ildə ABŞ-da fəaliyyət göstərən Rocket Chemical Company şirkəti aerokosmik sənaye üçün korroziyadan mühafizə formulu hazırlamışdır. İşlək nəticə yalnız 40-cı cəhddə əldə edilmiş və bu hal məhsulun adında da öz əksini tapmışdır: WD-40 (Water Displacement, 40 cəhd).
Markanın populyarlığı artdıqca, saxta məhsulların dövriyyəsi də genişlənmişdir. Saxta məhsullar çox vaxt ucuz və potensial təhlükəli komponentlərdən hazırlanır, müəyyən edilmiş təhlükəsizlik standartlarına cavab verməyə bilər. Bəzi hallarda saxta məhsulların qablaşdırmaları tam doldurulmur.
Saxta məhsulların əksəriyyəti İran və ya Çində istehsal olunur və onların qablaşdırılması orijinal məhsula bənzədilərək istehlakçıları çaşdırmaq məqsədi daşıyır.
Azərbaycanda saxta məhsulların dövriyyəsinin qarşısını almaq və istehlakçıların aldadılmasının qarşısını almaq məqsədilə WD-40 Manufacturing Company ölkədə Brend Mühafizəsi Proqramının başladıldığını elan edir.
Proqram çərçivəsində WD-40 əmtəə nişanları Azərbaycan Respublikasının Gömrük Reyestrinə daxil edilmişdir ki, bu da gömrük orqanlarına saxta məhsullar daşıyan yükləri saxlamaq imkanı verir.
Bununla yanaşı, WD-40 brendinin nümayəndələri Bakı şəhərində yerləşən əsas ticarət məntəqələrində monitorinq tədbirləri həyata keçirmişlər. Təxminən 40 pərakəndə satış nöqtəsi yoxlanılmış, saxta məhsulların satışının dayandırılması tələbi ilə satıcılara rəsmi bildirişlər göndərilmişdir.
Növbəti mərhələdə Şirkət saxta WD-40 məhsullarının satışını davam etdirən satıcılara qarşı inzibati və mülki-hüquqi tədbirlərin görülməsi imkanını nəzərdən keçirə bilər.
WD-40 Manufacturing Company-nin əqli mülkiyyət məsələləri üzrə hüquqi nümayəndəsi LSM Lucksem şirkəti olub, şirkəti Baş direktor Sevinc Zeynallı təmsil edir.
ORİJİNAL WD-40 MƏHSULU
SAHTA WD-40 MƏHSULU












