Avant Group əməkdaşları “Ümid Yeri” sakinləri ilə bir araya gəlib - FOTO - VİDEO
1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Avant Group” şirkətinin əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər.
Ziyarətin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram sevinci bəxş etmək, onlarla xoş və unudulmaz anlar paylaşmaq olub.
Görüş çərçivəsində şirkət əməkdaşları sığınacağın balaca sakinləri ilə fərdi şəkildə vaxt keçirib, müxtəlif maraqlı oyunlar oynayıb və uşaqların əyləncəli anlarına ortaq olublar. Səmimi söhbətlər və ortaq fəaliyyətlərlə zəngin olan gün uşaqların üzündə xoş təbəssümlər yaradıb.
“Avant Group” komandası bildirib ki, bu cür təşəbbüslərin ən böyük mükafatı uşaqların gözlərindəki sevinc və səmimi diqqətdir. Şirkət əməkdaşları gələcəkdə də bu növ görüşləri davam etdirməyi və uşaqların sosial adaptasiyasına dəstək olmağı hədəfləyir.
Ziyarət həm uşaqlar, həm də komanda üzvləri üçün yüksək enerji və xoş xatirələrlə yekunlaşıb.














