“Tərtər” bazarında yoxlama aparılıb - FOTO
Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus “Tərtər” bazarında yoxlama keçirilib.
1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.




75












